Nəqliyyat vasitələrinin sığortası
Kasko sığortası: Yol-nəqliyyat hadisəsi, oğurluq, qarət, soyğunçuluq, yanğın, ildırım vurması, partlayış, təbii fəlakət, üçüncü şəxslərin qərəzli hərəkətləri və s. hadisələr nəticəsində avtomobilin dəyərinin və ya avtomobilin təmirinin dəyərinin ödənilməsi.
Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin könüllü sığortası: Yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərin əmlakına, həyatına və səhhətinə vurulmuş zərərin ödənilməsi.
Bədbəxt hadisələrdən sığorta: Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsünə, sərnişinlərin həyatına və səhhətinə vurulan zərərin ödənilməsi.
"Qarant Sığorta" Şirkəti ilə bağlanan sığorta müqaviləsinin əsas şərtlərinə aşağıdakılar daxildir:
- Yol-nəqliyyat hadisəsi nəticəsində təxliyyə xərcləri;
- Sığorta hadisəsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi;
- Zərər dəymiş avtomobilin rəsmi diler və digər texniki xidmət mərkəzlərində keyfiyyətli təmiri ;
- Sığorta müqaviləsinin əhatə ərazisi - Azərbaycan Respublikası (Sığortalının seçimi ilə - bütün dünya);
- Sığorta təminatı qanuna əsasən avtomobili idarə etmək hüququ olan bütün şəxsləri əhatə edir;
- Sığorta haqqının Sığortalının seçimi ilə birdəfəlik və ya hissə-hissə ödənilməsi;
- Yol-nəqliyyat hadisəsi baş verdiyi halda məsləhət və texniki dəstək göstərən təmənnasız gecə-gündüz xidməti;
- Qəza komissarının hadisə yerinə gəlməsi.
Sığorta şirkəti aşağıdakı hallar istisna olmaqla dəymiş maddi zərərin əvəzini avtonəqliyyat vasitəsinin sahibinə ödəyir:
- Sığortalının qəsdən edilmiş hərəkətləri;
- Hadisənin baş verməsi barədə üzürlü səbəblər olmadan Sığortaçının vaxtlı-vaxtında məlumatlandırmaması;
- Hadisə yerini məlumatlandırmamış tərk etməsi;
- Hadisə zamanı sığortalanmış avtomobilin spirtli, narkotik və ya toksik maddələrin təsiri altında idarə edilməsi;
- Sığortalı yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan üçüncü şəxsdən dəymiş zərərin əvəzini tam olaraq aldığı halda və s.