Gözləyin...

Daşınmaz əmlak təminatlı kredit

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Daşınmaz Əmlak Təminatlı Kredit ilə aşağı faiz dərəcələrindən yararlanaraq kredit əldə edin. Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində təqdim edilir.

Kreditin məbləği 15000 - 100000 AZN
Kreditin müddəti 60 ay dək
Borcalanın yaşı 22 - 65
Son iş yerində staj 6
Məbləğ

15 000 AZN-dən 100 000 AZN-dək. Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək (məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək).

Kredit müddəti

5 ilədək

Faiz dərəcəsi

15 %-dən

Yaş həddi

min-22, maks - 65 (kişi), 62 (qadın)

Təminat

Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər. Təminat qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir. Təminat qoyulacaq Daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər.

Girov

Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur

Sığorta

Əmlak sığortası mənzillər istina yalnız fərdi tikili və qeyri-yaşayış sahəsinə tətbiq edilir

İş stajı

minimal 6 ay

Tələb olunan sənədlər

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti. Hərbiçi olduğu halda hərbi vəsiqə və şəxsiyyət vəsiqəsi (Hərbiçilər üzrə digər tələb edilən sənədlər İstehlak kreditləşməsi şərtlərinə uyğun)

Əlavə sənədlər

Girov götürüləcək daşınmaz əmlak sahibinin şəxsiyyət vəsiqəsi, daşınmaz əmlakın çıxarışı, texniki pasportu. (Girovqoyan şərtlərdə qeyd olunmuş digər şəxs olarsa, borcalanla qohumluq əlaqəsini təsdiq edən sənəd) Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə) Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)

Gəlirin təsdiqi

İşəgötürən forma arayışı Hesabdan çıxarış

Kapital Bank haqqında ümumi informasiya

Lisenziya 244
Baş ofis Bakı, Füzuli küç., 71 AZ1014
Telefon 196
Rəsmi sayt https://www.kapitalbank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(
Telegram kanalımıza abunə ol