Gözləyin...

Çıxarışlı evlər üçün ipoteka

Faiz dərəcəsi: 5 %
Kredit məbləği: 20 000 - 250 000 AZN
Kreditin müddəti: 3 - 20 il
Начальный взнос: 15%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Yeni və köhnə tikili binalarda çıxarışlı mənzillərin, həmçinin fərdi yaşayış və bağ evlərinin alınması üçün nəzərdə tutulan, bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti

Kreditin məbləği 20000 - 250000 AZN
Kreditin müddəti 3 - 20 il
Məbləğ

Minimum:20 000 AZN, Maksimum: 250 000 AZN. Qeyd: Partnyor şirkətlərdə maksimal məbləğ 500 000 AZN-dək təşkil edir.

Qeyd
Partnyor şirkətlərdə maksimal məbləğ 500 000 AZN-dək təşkil edir

Müddət

36 - 240 ay

Faiz

3 il-dək: 5% -6%, 5 il-dək: 7%, 10 il-dək: 8% -9% , 15 il-dək: 10%, 20 il-dək: 11%. Qeyd: Partnyor şirkətlərdə faiz dərəcələri fərqli ola bilər.

İlkin ödəniş

Rəsmi gəlir olduqda: 15%-dən başlayaraq

Digər gəlir mənbələri olduqda: 30%-dən başlayaraq. Qeyd: Birgəborcalanla kredit üçün müraciət edildikdə bütün hallarda ilkin ödəniş 30%-dən başlayır

  • Alınacaq mənzil regionda yerləşdikdə və ya fərdi yaşayış evi (həyət evi), bağ evi, villa olduqda bütün hallarda ilkin ödəniş 30%-dən başlayır

  • Digər gəlir mənbələri üzrə təminat kimi əlavə daşınmaz əmlak təqdim edildikdə minimum ilkin ödəniş 15%-dək azala bilər.

Komissiya

Kreditə görə komissiya haqqı:0.5% Notarius hesabından məxaric:0.5%

İpoteka krediti ilə əldə oluna bilən yaşayış sahələri

Yeni tikili binalarda çıxarışlı mənzillər

  • Çıxarış sənədi olan fərdi yaşayış və bağ evləri
  • Partnyor şirkətlərə məxsus çıxarış sənədi olan mənzillər, villalar, fərdi yaşayış evləri və bağ evləri
  • Köhnə tikili binalarda çıxarışlı mənzillər: 1970-ci ildən əvvəl tikilən 9 və yuxarı mərtəbəli binalar 1970-ci ildən sonra tikilən binalar
Tələb olunan sənədlər

Borcalanın (birgəborcalanın) şəxsiyyətini təsdiq edən sənədin surəti

  • Borcalanın (birgəborcalan) (evli olduğu halda həyat yoldaşının da) doğum haqqında şəhadətnaməsinin surəti

  • Borcalanın ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti

  • Borcalan evli olduğu halda nikah şəhadətnaməsinin surəti (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi)

  • Borcalan (birgəborcalan) subay olduğu halda subaylıq haqqında arayış - Forma 14 (VVADQ şöbəsi)

  • Borcalanın (birgəborcalanın) ailə tərkibi haqqında arayışı (ASAN Xidmət)

  • Borcalanın (birgəborcalanın) iş yerindən arayış və elektron arayış (hər bir iş yeri üzrə)

  • Borcalanın (birgəborcalanın) əmək müqaviləsi və ya əmək kitabçası (hər bir iş yeri üzrə)

  • Borcalanın (birgəborcalanın) əmək haqqı kartından çıxarış (son 12 ay) (hər bir iş yeri üzrə)

  • Təqaüd/Müavinət barədə arayış (Təqaüd/Müavinət gəliri olduqda) əqaüd/Müavinət kartından 12 ay çıxarışı (Təqaüd/Müavinət gəliri olduqda)

  • Borcalan Həyatın Yığım Sığortasına qoşulduğu təqdirdə Müqavilələrin surəti

İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

Alınan evin/mənzilin çıxarış sənədinin surəti

  • Texniki pasportun surəti və ya texniki pasport olmadığı halda, MKİS-dən mənzilin texniki planı
  • Satıcının (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin surəti
  • Satıcının (evli olduğu halda həyat yoldaşının da) doğum haqqında şəhadətnamələrinin surəti
  • Satıcı evli olduğu halda nikah şəhadətnamənin surəti (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi)
  • Satıcı subay olduğu halda subaylıq haqqında arayış (VVADQ şöbəsi)
  • Forma 1 - Yaşayış sahəsinin qeydiyyata alınmış hüquqlar və yüklü (girovda) olmaması haqqında arayış (Notariat kontoru)
  • Forma 2 - qeydiyyatda olanların siyahısı (Notariat kontoru/ASAN Xidmət)
  • Daşınmaz əmlak üzrə qeydiyyatda olanların razılıq ərizələri və şəxsiyyət vəsiqəsinin surəti (Notariat kontoru)
  • Satıcı evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (1 nüsxə) (Notariat kontoru)
  • Alıcı evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (1 nüsxə) (Notariat kontoru)
  • Çıxarışın alınma tarixi 1 (bir) il ərzində olubsa köhnə alqı-satqı müqaviləsinin surəti (Köhnə çıxarış olduqda MTK/bələdiyyə).
  • Təminatın qiymətləndirmə aktı
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər
  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)
  • Vergi orqanları tərəfindən son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)

Kapital Bank haqqında ümumi informasiya

Lisenziya 244
Baş ofis Bakı, Füzuli küç., 71 AZ1014
Telefon 196
Rəsmi sayt https://www.kapitalbank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(
Telegram kanalımıza abunə ol