Gözləyin...

ABB-dən Ramazan ayına özəl kafe və restoranlarda 5% keşbək

Bank xəbərləri 5 April 2024

ABB müştərilərinə Ramazan ayına özəl iftar vaxtı kafe və restoran ödənişlərində əlavə keşbək təklifi təqdim edir. 

 Bu barədə Banker.az bankın rəsmi səhifəsinə istinad edir.

Belə ki, "Faydalı keşbek" paketi seçimi edən müştərilər aprelin 9-dək qədər seçdikləri paketi ilə iftar vaxtı (19:00-22:00) kafe və restoranlarda ödənişlərinə əlavə 5% keşbək qazana biləcəklər.

Kampaniyanın əsas şərtləri:

Restoran ödənişlərinə əlavə 5% keşbək verilir.

Kampaniya 5 - 9 aprel tarixləri arasında, iftar vaxtı saat 19:00-22:00 aralığında keçərlidir.

Kampaniya çərçivəsində qazanıla biləcək maksimum məbləğ 15 AZN-dir.

Kampaniyadan yalnız "Faydalı keşbek" paketi seçimi edən müştərilər yararlanabilər.

Kampaniya zamanında əldə edilən əlavə 5% keşbək məbləği "Faydalı keşbek" hesabına köçürüləcək və hesablanmış məbləğ "Faydalı keşbek" limitinə daxil deyil, əlavə olaraq hesablanır.

Telegram kanalımıza abunə ol