Gözləyin...

Bankların “Novruz” endirimləri: Ən sərfəli təkliflər hansılardır?

Məqalələr 13 March 2025

Novruz Bayramı ilə əlaqədar hal-hazırda banklar müxtəlif kampaniyalar elan edib. Qarant.az bankların Novruz bayramı ilə əlaqədar olan ən sərfəli kampaniyalarını  təqdim edir.

 ABB-də hal-hazırda iki  kampaniya mövcuddur.              

  1. TamKart kredit kartı ilə 100 AZN və daha çox xərcləyib, restoranlar, ərzaq mağazaları, Trendyol, elektronika kateqoriyalarında əlavə 10% keşbek əldə edə bilərsiniz. Hər kateqoriya üzrə maksimum 10 AZN, ümumilikdə 40 AZN keşbek qazanmaq mümkündür. Kampaniya 15 aprel tarixinədək qüvvədədir.
  2. ABB Biz Mobil POS xidmətində fərdi sahibkarlara fürsət yaradıb. 31 mart 2025-ci il tarixinədək Mobil POS alıb, il sonuna qədər ödənişləri komissiyasız qəbul edə bilərsiniz.

Azər Türk Bank

 10 mart 2025-ci il tarixindən etibarən Banka məxsus, atb debit kart yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan faiz dərəcəsi 8% təşkil edir. Kampaniya 31 may 2025-ci il tarixinədək qüvvədədir.

Bank BTB

Kampaniyanın şərtlərinə əsasən 6 aydan 36 ayadək yerləşdirilən vəsaitlər hər ay 12% gəlir qazandıracaq. Faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcək. Vəsaiti 6-36 ayadək yerləşdirdikdə aylıq və ya müddətin sonunda 12% təşkil edəcək. Əmanətin açılması üçün minimal məbləğ – 100 AZN. 31 may 2025-ci il tarixinədək qüvədədir.

 

Bank Respublika

  1. Banka müraciət edən istənilən peşə sahibləri nağd krediti Maaşın 15 mislinədək və zaminsiz götürmək imkanı əldə edəcəklər. Kredit üzrə illik faiz dərəcəsi – min.10%, maksimal məbləğ – 50.000 AZN, müddət isə, 60 ay təşkil edir. Kampaniya 06 aprel 2025-ci il tarixinədək keçərlidir.
  2. Mart ayının 31-dək ölkənin bütün supermarketlərində Neo Visa StandartNeo Visa Premium kartları ilə min.50 AZN həcmində ödəniş etdikdə, aylıq kateqoriya seçimindən ƏLAVƏ +5% KEŞBEK qazanacaqsınız.

PAŞA Bank

  1. Bankda biznes hesabı açan yeni müştərilər 1 000 000 AZN məbləğində ölkədaxili komissiyasız ödəniş imkanı əldə edəcəklər.Həmçinin, sahibkarlara “Azpetrol” və ya “Umico”dan 100 AZN dəyərində hədiyyə kuponu təqdim ediləcək. Kampaniya 19 mart 2025-ci il tarixinədək davam edəcək.
  2. 20 mart 2025-ci il tarixinə qədər,  PAŞA Bank KOS müştərilərinə onlayn biznes kreditinin komissiyasında 25% endirim edir. Bu endirimlə, müştərilər kampaniya dövrü ərzində yalnız 0.75% komissiya ilə kredit əldə edə bilərlər. Qeyd edək ki, onlayn biznes kredit müraciətinə 15 dəqiqə ərzində cavab verilir və təsdiq olunduqda, vəsait 2 saat ərzində sahibkarın hesabına köçürülür.
  3. 25 may 2025-ci il tarixinədək “PAŞA Bank”dan “mPOS” mobil POS-terminalını sifariş edən müştərilər korporativ Visa biznes kartı qazanacaqlar. Visa biznes kartı ilə müştərilər bir çox yerli və beynəlxalq şirkətlərdə endirim və pulsuz xidmətlərdən yararlana bilərlər.

 

Unibank

Aprelin 30-dək UPOS-a qoşulan bütün biznes sahibləri üçün biznes kartı pulsuz təqdim edilir. UPOS-a qoşulmaqla bu üstünlüklər sizi gözləyir:

  • Xidmət haqqı – 0 AZN;
  • Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
  •  7/24 onlayn şəkildə qoşulma imkanı;
  • Asanlıqla daşına bilən mobil cihazlardan istifadə edirsiniz;

Rabitəbank

Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər kəs 30 000 AZN-dək nağd pul kreditini sərfəli ödəmə şərtləri ilə əldə edə bilər.  

Kredit şərtləri: 

Kreditin məbləği 300 – 30.000 AZN

Faiz dərəcəsi 10.5%-dən başlayaraq

Müddət 3-48 ay

Komissiya 0%

 

Premium Bank

10-18 mart tarixlərində “Premium Bank Visa Miles” kartları ilə partnyor məkanlarda alış-veriş edib 2 qat mil qazana bilərsiniz.

 

Yelobank

31 martadək davam edəcək kampaniya çərçivəsində krediti illik cəmi 9.9%-lə (50 000 AZN-dək) əldə edə biləcəksiniz.

 

 

 

 

 

Telegram kanalımıza abunə ol