Paşa Bank sahibkarlar üçün komissiyasız ödəniş imkanı yaradır

Paşa Bank sahibkarlar üçün yeni kampaniyaya start verib. 30 iyun 2025-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində, müştərilər “mPOS” terminalı üzərindən “Mastercard” kartları vasitəsilə qəbul etdikləri ödənişlər üçün heç bir komissiya ödəməyəcəklər. Bu təşəbbüs sahibkarların ödəniş proseslərini daha sərfəli və səmərəli şəkildə idarə etmələrini hədəfləyir. Kampaniya bankın həm cari, həm də “mPOS” sifariş edən yeni müştərilərinə şamil olunur.
Qeyd edək ki, “mPOS” məhsulu “Android” əməliyyat sistemli smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan “mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.