Gözləyin...

ABB gənc müştəriləri üçün faydalı loyallıq proqramı təqdim edir

Bank məhsulları 14 March 2025

 ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib. 

ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir. Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin “Sənə özəl” bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; “Bütün təkliflərin” bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər. 



 

Telegram kanalımıza abunə ol