Gözləyin...

PAŞA Bank kiçik və orta biznes sahiblərinə 2% endirim təklif edir

Bank xəbərləri 7 April 2025

PAŞA Bank Sahibkarlar Günü münasibətilə kiçik və orta biznes sahibləri (KOS) üçün xüsusi kampaniya təqdim edir.

Bank,  7 aprel – 10 may 2025-ci il tarixlərində onlayn biznes kredit məhsulu üzrə illik faiz dərəcəsinə 2% endirim (10%-dən başlayaraq) təklif edir. Qeyd edək ki, onlayn biznes kredit müraciəti təsdiq olunduqda, 250 000 AZN-ə qədər vəsait 2 saat ərzində sahibkarın hesabına köçürülür. Üstəlik, heç bir girov tələb olunmur. Ən əsası isə, bu kreditdən yararlanmaq üçün bank hesabı açmağa ehtiyac yoxdur.

Telegram kanalımıza abunə ol