Gözləyin...

ABB-dən səhm alışında 7% gəlir təklif edir

Bank xəbərləri 16 July 2024

ABB səhmlərin abunə yazılışı üzrə kampaniya elan edib. Belə ki, kampaniya çərçivəsində ABB səhmlərinə birdəfəlik 1000 AZN və ya daha yuxarı məbləğdə abunə yazılışı edən müştərilər üçün məbləğin 7%-i dəyərində birdəfəlik illik gəlir qazanmaq imkanı təqdim edir.        

Hesablanmış vəsait sifariş günü ərzində müştərinin “Faydalı Keşbek” balansına köçürüləcək. Müştəriyə bu barədə avtomatik məlumatlandırma (SMS, ABB mobile bildiriş) təqdim ediləcək.Kampaniya 31 avqust tarixinədək davam edəcək. 

Kampaniydan Öncə Sifariş Edənlər Üçün:11.06.2024 – 30.06.2024 tarixləri arasında səhmlərin sifarişi üzrə birdəfəlik 1000 AZN məbləğində abunə yazılışı edən müştərilərə də müvafiq kampaniya güzəşti tətbiq ediləcək. Belə ki, müvafiq alqoritmə əsasən hesablanmış gəlir müştərilərin “Faydalı Keşbek” balanslarına köçürüləcək və müştərilərə bu barədə kommunikasiya kanalları (SMS, ABB mobile bildiriş, ehtiyac olduqda məlumat mərkəzi) vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, kampaniya güzəşti yalnız birdəfəlik 1000 AZN və ya daha yuxarı məbləğdə abunə yazılışlarına şamil edilir; Müştəri hissəli şəkildə (məs: 300, 500, 300) abunə yazılışı edərək 1000 AZN limiti tamamladıqda kampaniya ona aid edilməyəcək;  Abunə yazılışı əsasında müştəriyə gəlir olaraq hesablanmış vəsait abunə yazılışından ən geci 30 dəqiqə ərzində müştərinin “Faydalı Keşbek” balansına köçürüləcəkdir; Əgər müştərinin ABB mobile tətbiqi yoxdursa, 31.08.2024 tarixinədək tətbiqi endirib, “Faydalı Keşbek” balansına yüklənmiş məbləği istifadə edə bilər; Əks halda məbləğ “Faydalı Keşbek” balansından silinəcəkdir.

 

Telegram kanalımıza abunə ol