Gözləyin...

ABB kiçik sahibkarlığın inkişafına dəstək məqsədilə yaratdığı ABB Biz mobil tətbiqini təqdim edib

Bank xəbərləri 24 July 2024

Tətbiq kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini əhatə edir. 

Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər. 

ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən – depozitsiz mobil POS terminaldan istifadə imkanı da yaradır. Bundan başqa, istifadəçilər QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər apara, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul edə bilərlər. 

“E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar. 

ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir. 

 

Telegram kanalımıza abunə ol