Gözləyin...

ABB MTK-dan mənzil alanlara ƏDV-nin 30%-ni geri qaytaracaq

Bank məhsulları 13 December 2024

ABB müştərilərinə yeni fürsət təqdim edir. Belə ki, artıq MTK-lardan mənzil alışı zamanı nağdsız ödənişlərdə geri qayıdan ƏDV-nin 30%-i müştərilərin ABB mobile tətbiqindəki cari hesabına köçürüləcək. 

Yeni qaydadan yararlanmaq üçün aşağıdakı şərtləri yerinə yetirmək lazımdır:

  • Ödənilmiş ƏDV-nin 30 %-nin fiziki şəxslərə geri qaytarılması qaydaları MTK-lardan alınan mənzillərə şamil ediləcək.
  • Ödəniş yalnız nağdsız şəkildə həyata keçirilməlidir.
  • ƏDV qazancınızın ABB cari hesabınıza köçürülməsi üçün MTK-lardan mənzil alarkən İnternet Vergi İdarəsi portalında lazımi məlumatları qeyd etməlisiniz.
Telegram kanalımıza abunə ol