Gözləyin...

ABB müştərilərinə yeni "Həvalə et" xidmətini təqdim edir

Bank xəbərləri 21 November 2024

Azərbaycan Beynəlxalq Bankı filiallara gəlmək imkanı olmayan müştərilər üçün yeni bir xidmət təqdim edib. Artıq ABB mobile tətbiqi vasitəsilə "Həvalə et" xidməti aktivdir. Bu xidmət fiziki şəxslərə bank əməliyyatlarını daha rahat şəkildə həyata keçirmək imkanı yaradır.

      "Həvalə et" xidməti çərçivəsində müştərilər: 

  • Bank hesabları üzərində sərəncam verə;
  • Plastik kart və PIN kod zərflərini əldə edə;
  •  Bank hesablarına dair məlumat ala bilərlər.

Xidmətdən istifadə qaydası:

  1. Tətbiqdə həvalə etmək istədiyiniz əməliyyat(lar)ı seçin;
  2. Müvafiq müraciət formalaşdırın;
  3. Müraciəti “SİMA İmza” ilə təsdiqləyin;
  4. Ərizə imzalandıqdan sonra səlahiyyətli şəxs adınızdan seçilmiş əməliyyatları bank filialında icra edə bilər.
Telegram kanalımıza abunə ol