Gözləyin...

ABB rəqəmsal təcrübə ilə "İnvoysların maliyyələşdirilməsi" krediti təqdim edir

Bank məhsulları 29 May 2024

ABB iş adamları ABB Business İnternet Bank platforması üzərindən 3 000 000 AZN-ə qədər “İnvoysların maliyyələşdirilməsi” kreditini rahatlıqla əldə etmək imkanı təqdim edir. Bu kredit məhsulunun əsas üstünlüyü vəsait məbləğinin yüksək olması, rəsmiləşdirmə prosesinin daha az sənədlə, sürətli və rahat şəkildə aparılmasıdır. 

Belə ki, sahibkar filiala yaxınlaşmadan rəqəmsal platformada sadəcə müraciət formasındakı məlumatları daxil edir, tələb olunan sənədləri yükləyərək göndərir və müqaviləni onlayn şəkildə rəsmiləşdirib vəsaiti tam rəqəmsal təcrübə ilə maksimum 2 günə alır. 

Məbləğ: 3 000 000 AZN-ə qədər 

İllik faiz dərəcəsi: 10%-dən başlayaraq 

Müddət: 18 ayadək

B2B (“business to business”) prinsipi ilə fəaliyyət göstərən, biznes müştərilərinə mal və ya xidmət təchiz edən, alıcıları ilə hesablaşmaları nağdsız formada aparan bütün sahibkarlar bu imkandan yararlana bilər.