Gözləyin...

ABB sahibkarlar üçün komissiyasız ödənişlər təklif edir

Bank xəbərləri 28 August 2024

ABB sahibkarlara bankın POS-terminalları üzərindən AniPay sistemi ilə QR ödənişlərini etmək imkanı yaradır. 

Belə ki, müştəri alış-verişdən sonra mobil telefonunda ABB mobile bank tətbiqini açaraq QR-la rahat şəkildə ödənişini aparır. ABB bu layihəni “NBA Technologies International” MMC şirkəti ilə birgə reallaşdırıb. 

Ödənilən məbləğ dərhal biznes subyektinin hesabına daxil olur. Bu yeniliyin bizneslər üçün əsas üstünlüklərindən biri də komissiya haqlarının son dərəcə sərfəli olmasıdır.

Sentyabr ayının sonunadək xidmətdən istifadə tamamilə komissiyasızdır.