ABB sərfəli depozit kampaniyasına başladı
Bank məhsulları
23 November 2024
ABB sərfəli depozit kampaniyasına başladı
ABB müştərilərə milli valyutada sərfəli yığım imkanları təklif edən yeni kampaniya elan edib. Kampaniya müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər. Kampaniya şərtləri belədir:
12 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri:
- Aylıq ödənildikdə: 10.5%
- Müddətin sonunda ödənildikdə: 11.5% 18 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri:
- Aylıq ödənildikdə: 11%
- Müddətin sonunda ödənildikdə: 12%
Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək. Sərfəli şərtlərlə əmanətlərinizi artırmaq fürsətini vaxtında dəyərləndirin.