Gözləyin...

ABB Tam DigiCard sahiblərinə 10% keşbek təklif edir

Bank məhsulları 13 August 2024

ABB Tam DigiCard Mastercard sahiblərinə özəl kampaniya başladıb. Belə ki, kampaniya müddətində Tam DigiCard Mastercard əldə edən müştərilər nağdsız ödənişlər zamanı 10% keşbek qazanacaqlar. Kampaniya 12 avqust – 15 sentyabr 2024-cü il tarixlərində (hər iki tarix daxil olmaqla) davam edəcək.

Təklif Tam DigiCard Mastercard debet kartlarını kampaniya müddətində yeni əldə edən müştərilərə şamil olunur.  Kampaniya müddətində qazanılan keşbeklər dərhal müştərilərin keşbek balansına köçürüləcək.  Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri, nağdlaşdırma əməliyyatları və ləğv edilmiş ödənişlər nəzərə alınmayacaq.

Bir müştərinin hər kart üzrə qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir.