Gözləyin...

ABŞ Türkiyə banklarını sanksiyalarla hədələyir

Bank xəbərləri 23 September 2022

ABŞ Türkiyə banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir.

Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

“Ankara və Moskva arasındakı münasibətlərə müdaxilə etməkdən çəkinməyən ABŞ türk banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir”, – deyə nəşr bildirib.

Məlumata görə, Türkiyənin Ziraat, Halk və Vakif bankları “Mir”lə əməkdaşlığı davam etdirir.