Gözləyin...

“AccessBank” audit hesabatını açıqladı – 4 milyon manatdan çox xalis mənfəət

Bank xəbərləri 31 May 2022
“AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. MƏNFƏƏTİ KƏSKİN ARTIB Banker.az audit şirkətinin verdiyi hesabata istinadən xəbər verir ki, “AccessBank” 2021-ci ili 4 milyon 317 min manat xalis mənfəət ilə başa vurub. GƏLİRLƏRİ ARTIB Ötən il “AccessBank”ın faiz gəlirləri 6.5% artaraq 102 milyon 202 min manat, haqq və komissiya gəliri 45% artaraq 11 milyon 565 min manat təşkil edib. Bankın haqq və komissiya xərci 5 milyon 757 min manat, işçi heyəti üzrə xərcləri 31 milyon 814 min manat, ümumi inzibati xərcləri 21 milyon 338 min manat, amortizasiya xərcləri isə 7 milyon 340 min manat olub. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB 2021-ci ildə “AccessBank”ın cəmi aktivləri 888 milyon 566 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 10.4% artımdır. Bunun 597 milyon 897 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 30% böyüyüb. BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB 2021-ci ildə “AccessBank”ın depozit portfeli (müştərilərin vəsaitləri) 10% artaraq 707 milyon 475 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 809 milyon 299 min manat təşkil edib. KAPİTALI ARTIB Bankın ötən il cəmi kapitalı 6% artaraq 79 milyon 269 min manat olub. 2020-ci ildə bu göstərici 74 milyon 952 min manat təşkil edib.
Telegram kanalımıza abunə ol