Gözləyin...

AccessBank şənbə günləri də müştərilərə xidmət göstərəcək

Bank xəbərləri 21 October 2022

Bu həftədən etibarən AccessBank-ın sadalanan filialları artıq şənbə günləri də müştərilərə xidmət göstərəcək. Belə ki, Bankın:

  1. Nərimanov – Təbriz küçəsi 94 

https://bit.ly/3CvIqw1 )

  1. Azadlıq – Azadlıq pr., 97 

https://bit.ly/3g8vF2R )

  1. Binəqədi – Ş.Məmmədova küç., 91 

https://bit.ly/3T1V8tH )

ünvanlarında yerləşən filialları şənbə günləri 10.00-16.00 saatlarında fəaliyyət göstərəcək.  

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedInhesablarına daxil olmaq olar.