“AFB Bank”ın İdarə Heyətinə təyinat
Bank xəbərləri
3 June 2022
AFB Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Ramin Qasımov bankın İdarə Heyətinin üzvü seçilib.
Bununla da Bankın İdarə Heyəti bir sədr və iki üzvlə təmsil olunur.
Ramin Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr , ABŞ-ın “Cornell Universiteti”-nin “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2010-cu ilin avqustundan 2020-ci ilin martına qədər “AFB Bankın Daxili audit xidmətinin rəhbəri və 2020-ci ilin aprelindən bu tərəfə Risklərin idarəolunması departamenitin direktoru kimi çalışır.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.