Gözləyin...

AFB Bankın yeni “Mono” kartının hansı üstünlükləri var ?

Bank məhsulları 20 November 2024

AFB Bank yeni “Mono Visa” kartını istifadəyə verib. Bu kart, müştərilər üçün bir çox üstünlükləri ilə seçilir. Gəlin, kartın əsas xüsusiyyətlərinə nəzər salaq:

· Pulsuzdur: Bankın mövcud müştərilərinə pulsuz təqdim olunur.

· Valyuta seçimi: AZN və USD valyutalarında 3 illik müddətə istifadəyə verilir.

· Yeni müştərilər üçün: Bankda hesabı olmayanlar 200 AZN ilkin mədaxil ilə kartı əldə edə bilərlər. Bu məbləği komissiyasız çıxarmaq və ya xərcləmək mümkündür.

Keşbek üstünlükləri

Kartla edilən ödənişlər zamanı keşbeklər dərhal hesabınıza oturur. Aylıq keşbek limiti 150 AZN-dir:

Apple və Google Pay ilə ödənişlər:

  • Market: 2%
  • YDM: 5%
  • Geyim, aptek, kafe və restoran: 5%
  • Digər: 1.5% 

Fiziki kartla ödənişlər:

  • Market, YDM, geyim, aptek, kafe və restoran: 1.5%
  • Digər: 1% 

 Kartdakı qalığa illik gəlir

MONO Platinum (AZN) Kart hesabının qalığına hesablanan illik faiz dərəcə 6% təşkil edir. Minimal məbləğ 100 AZN və max. məbləğ 100 000 AZN təşkil edir.

Nağdlaşdırma və köçürmə 

·  Kartdan karta köçürmə: Aylıq 1000 AZN-dək komissiyasız.

·  AFB Bank ATM və POS terminalları: Ay ərzində 3000 AZN-ə qədər komissiyasız nağdlaşdırma.

·  Yerli bankların ATM və POS terminalları: Ay ərzində 2000 AZN-ə qədər komissiyasız nağdlaşdırma.

·  Komissiyasız mədaxil: Terminallardan 3000 AZN-dək komissiyasız ödəniş mümkündür.

 

Telegram kanalımıza abunə ol