“akart” bu əməliyyatlara görə komissiya tətbiq edəcək
“akart” rəqəmsal kartı vasitəsilə ödənişlər zamanı 10.06.2024-cü il tarixindən etibarən aşağıdakı əməliyyatlara görə komissiya tətbiq olunacaq.
Komissiya tətbiq olunacaq tranzaksiya növləri və faizləri :
- Quasi-cash – 1.5% min. 2 AZN
- Gambling – 1.5% min. 2 AZN
- Konvertasiya komissiyası – 0.5%*
*Xarici valyuta ilə ödəniş zamanı Mərkəzi Bankın kursu ilə konvertasiya olunur və daha sonra 0.5% komissiya tətbiq olunur .
Qeyd edək ki, “akart”həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. “PAŞA Bank”, “VİSA”, “AzİnTelecom” ilə birgə əməkdaşlıqda həyata keçirilir. Pulsuzdur. Həmçinin akartla supermarket, aptek, YDM və avtoehtiyat hissələri mağazalarında 2%, digər ödənişlər üzrə isə 1% keşbek qazanmaq mümkündür.