Gözləyin...

“akart” istifadəçilərinə market alış-verişlərində 5% kəşbek qazandıracaq

Bank məhsulları 22 October 2024

“akart” yeni  kampaniyaya start verib. Belə ki, kampaniya çərçivəsində supermarketlərdə alış-veriş zamanı 20 AZN-dən yuxarı ödənişlərə 5% kəşbek tətbiq olunacaq. Cashback “supermarket” kateqoriya daxilində hesablanacaq (aylıq max 25 AZN, 1 tranzaksiya max 10 AZN). Kampaniya 27 oktyabr saat 23:59 tarixinədək davam edəcək.

Həmçinin 31.12.2024 tarixinədək  “akart” tətbiqi üzərindən mobil nömrənin balansını artırarkən 3% kəşbek təqdim olunacaq.

Qeyd edək ki, yalnız Azercell abunəçiləri üçün nəzərdə tutulan “akart” pulsuzdur. İstifadə müddəti 3 ildir. Bütün  supermarket, YDM-lər və avtoehtiyat hissələrin satıldığı məntəqələrdə, eləcə də apteklərdə həyata keçirilən ödəniş əməliyyatları üzrə 2%, digər kateqoriyalarda olan obyektlər üzrə isə 1% keşbek geri qaytarılır. Təqdim olunan üç yüksək faizli kateqoriya üzrə 2% və həmçinin digər həyata keçirilən bütün əməliyyatlardan isə 1% keşbek qazanmaqla ay ərzində 100 AZN-dək qazanmaq olar. Hər kateqoriya üzrə maksimum keşbek məbləği birdəfəlik ödənişlər üçün 10 AZN, aylıq isə 25 AZN təşkil edir. Gün ərzində hər bir kateqoriyada 5 əməliyyat üzrə keşbek qazanmaq mümkündür.

Telegram kanalımıza abunə ol