Gözləyin...

Aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bank xəbərləri 2 April 2024

Banker.az olaraq banklarda 2024-cü ilin mart ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.9%-26% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.


*ABB –  Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək güzəşt əldə edə biləcəklər. Digər banklardakı aktiv kreditini bağlayaraq krediti ABB-dən əldə edən müştərilər kreditin faiz dərəcəsinə 4%-dək güzəşt əldə edəcəklər. ABB – dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsində əlavə 1% də güzəşt ediləcək.Kampaniya 30 aprel 2024-cü il tarixinə qədər davam edəcək.

*Bank Respublika – Kampaniyası çərçivəsində Siz nağd kreditləri 0 komissiya və 0 zaminlə götürə biləcəksiniz. Kampaniya – 30 aprel 2024-cü il tarixinədək davam edəcək. Krediti sifariş edən müştərilərə kredit məbləği karta köçürüləcək və kart birbaşa qeyd edilən ünvana çatdırılacaq.

*Bank VTB –  Krediti SİMA İmza-dan istifadə etməklə rəsmiləşdirdikdə 1 faiz bəndinə qədər endirim tətbiq olunur. Kampaniya 31 may tarixinədək etibarlıdır.

*Expressbank – Hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.

*Xalq Bank – Kampaniya 30 iyun 2024-cü il tarixədək qüvvədədir.

*Kapital Bank – Nağd pul kreditini onlayn şəkildə rəsmiləşdirən müştərilər krediti illik 10.9%-dən, filialdan rəsmiləşdirmə edən müştərilər isə 11.9%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə biləcək. Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası – 0%. Borcun gəlirə nisbəti 45%-dən çox olduğu təqdirdə – 1%.

*PAŞA Bank –  Əmək haqqı kartı PAŞA Bankda olan müştərilər üçündür.

Telegram kanalımıza abunə ol