Gözləyin...

“Atabank”ın daşınar əmlakları satışa çıxarılır

Bank xəbərləri 9 June 2022
22 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır. Daşınar əmlaklar, 1 ədəd “ProLiant DL360 Gen9” markalı server avadanlığıdır. Daşınar əmlakların ilkin satış qiyməti 1600 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)