Gözləyin...

“ATB Card” ın kartın hansı üstünlükləri və mənfi cəhətləri var?

Məqalələr 20 October 2023

Son zamanlar ən çox istifadə olunan kartlar arasında Azər Türk Bankın  ATB kartlarını göstərmək olar. ATB debit kartı tam funksionallı bir kartdır. İlk ATB debet kartı hədiyyə olaraq təqdim edilir. Bu kart sadə debet kartıdır, onlayn alış-veriş, nağdsız ödəniş və pul köçürmələri üçün nəzərdə tutulmuşdur. Balansda vəsait olmur, istənilən pul vəsaitinizi mədaxil edərək istifadə edə bilərsiniz. Eyni zamanda kartı Apple Pay və ya Google Pay təmassız ödəmə sistemlərinə əlavə edib, sürətlə ödəyə bilərsiniz.

Banker.az  ATB debit kartları araşdırıb.

Kart neçə illikdir?

  • 5 illik

Kartın qiyməti nəqədərdir?

  • Kart Pulsuzdur. İkinci kart sifarişi ödənişlidir və xidmət haqqı 15 AZN təşkil edir.

Azərbaycan ərazisində digər bankların ATM-lərində nağdlaşdırma zamanı nə qədər komissiya tutulur?

  • Ay ərzində 1000 AZN-dək – 0%
  • 1000 AZN-dən yuxarı hissəsinə – 1,5%

Ölkənin istənilən bank kartlarına köçürmə zamanı nə qədər komissiya tutulur?

  • atb360 mobil tətbiqi, Bankın ATM və Bankın internet səhifəsi vasitəsilə – 0%
  • Digər üsullarla - 0.15% (min. 0.60 AZN)

ATM-dən gündəlik nağdlaşdırma limiti nə qədərdir?

  • Gündəlik limit yoxdur. Aylıq nağdlaşdırma: maks. 20 000 AZN 

MilliÖn və Emanat terminalları vasitəsilə karta nə qədər mədaxil etmək olar?

  • Ay ərzində maks. məbləğ 15 000 AZN

MilliÖn / E-manat terminalları ilə mədaxil zamanı nə qədər komissiya tutulur?

  • Bank komissiyası: 0%
  • Ödəniş sistemləri tərəfindən xidmət haqqı: 1%

Debet qalığına gəlir nəqədərdir?

  • 5.5%AZN valyutasında olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir. Faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35 000 AZN-dir.

Kart qalığına hesablanmış faiz məbləği sığortalanır?

  • Qanunvericiliyin tələbinə əsasən kart hesabı üzrə olan qalıq məbləğ və ona hesablanmış faiz məbləği Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır

Keşbek kateqoriyaları hansılardır?

  • CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir. 
  • Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır.
  •  Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir.
  • Partnyorlar-dan 30%-dək kəşbek qazana bilərsiniz. 
  • CashBack proqramına daxil olmayan əməliyyatlar hansılardır?

Mənfi cəhətləri nədir? 

  • ATB kartların bir çox üstünlüyü olsada, mənfi deyə biləcəyimiz bəzi cəhətləri də vardır.  Məsələn, Kəşbek kateqoriyalarında ən çox istifadə olunanlardan biri market, geyim kateqoriyalarıdır ki, ATB həmin kateqoriyalarda cəmi 0.5% -1.5% kəşbek hesablayır. Bu da gündəlik alış-verişlərdən daha çox kəşbek qazanmaq şansını azaldır.
Müzakirə qrupuna keçid