Gözləyin...

atb360 mobil əlavəsində parkinq ödənişlərini ödəmək mümkün olacaq

Bank xəbərləri 2 July 2024

Azər Türk Bank atb360 mobil əlavəsinə parkinq ödənişlərinin yerinə yetirilməsinə imkan verən yeni funksiya artırıb. 

Belə ki, müştəri parkinqə daxil olarkən götürdüyü çekin barkodunu çıxış zamanı mobil tətbiqdə skan edir və ödənişi həyata keçirir.

Hazırda bu sistemə aşağıda göstərilən parkinqlər qoşulmuşdur:

  • “Garage” Azərbaycan prospekti
  • “Garage” Xaqani bağı
  • 28 Mall
  • Port Baku Mall
  • Gənclik Mall
  • Dəniz Mall
  • Gəncə Mall
  • Dalga Plaza

Yaxın zamanda sistemə digər ünvanlarda yerləşən parkinqlər də daxil ediləcəkdir.