Gözləyin...

Azər Türk Bank “atb card” ilə bağlı tariflərdə yeniliklər edib

Bank xəbərləri 18 September 2024

Belə ki, atb debet kartı vasitəsilə nağdlaşdırma əməliyyatına tətbiq edilən 20 000 manatlıq aylıq limit 1 oktyabr tarixindən etibarən ləğv edilir.

Göstərilən tarixdən başlayaraq müştərilər  Azər Türk Bankın POS-terminal və bankomatlarında bir ay ərzində 20 min manatdan artıq məbləğdə və ya onun xarici valyuta ekvivalentində məxaric əməliyyatlarını 0.5% komissiya qarşılığında yerinə yetirə biləcəklər.

Qeyd edək ki, 20 000 manatadək məbləğdə aparılan məxaric əməliyyatları üzrə heç bir xidmət haqqı tutulmayacaq.

Həmçinin card to card xidməti, atb360 mobil tətbiqipay.atb.az, vasitəsilə edilən əməliyyatlar üzrə aylıq 20 000 manatlıq limit Bank tərəfindən ləğv edilir.

atb debet kart sahibləri indi ayda 10 000 manatdan artıq məbləğdə əməliyyatları sadəcə 0.5% komissiya ilə həyata keçirə biləcəklər.

Ayda 10 000 manatadək və ona bərabər xarici valyuta həcmində əməliyyatlar üzrə xidmət haqqı 0% səviyyəsində qalır.

 

Telegram kanalımıza abunə ol