Gözləyin...

Azər Türk Bankdan kart sahibləri üçün yeni xidmət

Bank xəbərləri 14 March 2024

®Dövlət bankı Azər Türk Bank atb card debit kartı sahibi olan müştərilərinin rahatlığı üçün yeni onlayn xidmətlərin tətbiqini davam etdirir. 

Belə ki, indi xidmət vaxtı bitmiş kartı, banka gəlmədən, bir ay ərzində atb360 tətbiqinə daxil olmaqla, 5 il müddətinə aktivləşdirmək mümkündür. Kartın bu şəkildə yenilənməsi tamamilə ödənişsizdir.

Yenilənməklə rəqəmsal kart statusu almış bu kart vasitəsilə həm onlayn, həm də kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə nağdsız ödənişlər etmək olar.

Eyni zamanda Card to Card, Bankın filialları və müştəriyə məxsus digər hesab və kartlardan köçürmə vasitəsilə balansın artırılması mümkündür.

Həmçinin Card to Card və NFC texnologiyasını dəstəkləyən bankomat və ya POS-cash vasitəsilə kart hesabından məxaric əməliyyatlarını yerinə yetirmək olar.

Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yüklənilir.

atb card debit kartının yenilənməklə fiziki şəkildə əldə edilməsi isə tariflərə uyğun xidmət haqqı ödənilməklə Bankın filiallarında həyata keçirilir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Telegram kanalımıza abunə ol