Gözləyin...

Azərbaycan bankları audit hesabatlarını hansı şirkətlərə etibar edib? – SİYAHI

Bank xəbərləri 10 June 2022
Azərbaycanda bankların illik audit hesabatlarını aparan audit şirkətlərinin siyahısı açıqlandı. Banker.az xəbər verir ki, cari ildə 26 bankdan 21-nin audit şirkəti 2020-ci ildəki şirkətlərlə eynidir. 2021-ci il üzrə 13 bankın audit hesabatını “Baker Tilly Azerbaian” audit şirkəti tərəfindən aparılıb. “Baker Tilly Azerbaian” audit şirkəti öncəki ildə isə 12 bankın audit hesabatını aparmışdır. İkinci sırada “Ernst&Young”dır. Bu şirkət 4 bankın audit hesabatını həyata keçirib. 3-cü sırada “PwC” audit şirkəti 3 bankın hesabatını aparmaqla, 4-cü sırada “Grant Thornton Azerbaijan” 2 bankın hesabatı aparmaqla və digər 3 audit şirkəti isə hər biri bir bankın audit şirkətini aparıblar.