Gözləyin...

Azərbaycan banklarının xarici öhdəlikləri artaraq 1.7 mlrd.-a çatır

Bank xəbərləri 26 September 2022

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2022-ci ilin avqust ayında bankların xarici öhdəlikləri 1 milyard 686.5 milyon manat olub ki, bu da aylıq müqayisədə 4 faiz artma dinamikasıdır. İyul ayında bankların xarici öhdəlikləri 1 milyard 624.5 milyon manat təşkil edib.

Bankların analitik balansına görə, xarici aktivlərinin həcmi 6 milyard 843 milyon manat olmuş, 9 milyard 52.4 milyon manatı məcmu aktivlər təşkil edib.