Gözləyin...

Azərbaycan Mərkəzi Bankı faiz qərarını verdi

Bank xəbərləri 29 July 2022

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2022-ci ildə uçot faiz dərəcəsi qərarını vermək üçün beşinci dəfə verib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanmışdır.

“Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilmişdir. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir”- deyə, pres-relizdə bildirilir.


Müzakirə qrupuna keçil al