Gözləyin...

Azərbaycan Mərkəzi Bankı İT şirkətinə 10 milyon manatlıq sifariş verdi

Bank xəbərləri 27 May 2022
Azərbaycan Mərkəzi Bankı “Unisell” MMC ilə 10 milyon manatlıq müqavilə bağlayıb. Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında istifadə olunan server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 10 343 880 manatdır. Qeyd edək ki, “Unisell” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi isə Elnur Qasımovdur. Şirkət İT avadanlıqlarının, noutbukların, kompüterlərin, printerlərin, şəbəkə avadanlıqlarının, aksesuarların (siçan, klaviatura, çantalar, flaş kartlar və s.) Satışı, kartriclərin və onların hissələrinin satışı və yanacaq doldurulması ilə məşğuldur.