Gözləyin...

Azərbaycanda bank müştərilərinin sayı 11%-ə yaxın artıb

Bank xəbərləri 28 September 2022

Azərbaycanda bank müştərilərinin sayı artmağa davam edir.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin sentyabrın 1-inə olan məlumatına əsasən, ölkədə bank müştərilərinin sayı 13 175 014-dür.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 269 102 və ya 10.7%, avqust ayı ərzində isə 174 995 və ya 1.4% artıb.