Gözləyin...

Azərbaycanda bank sektoru ilk yarını 401 mln. manat xalis mənfəətlə tamamladı

Bank xəbərləri 26 July 2022

Azərbaycanda bank sektorunun xalis mənfəəti 2022-ci ilin ilk yarısına 401 milyon manata yaxın olub.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Banklar ilin ilk yarısında 1 milyard 258 milyon manatlıq faizdən gəlir əldə edib ki, illik müqayisədə 25% çoxdur. Bunun da 1 milyard 036.3 milyon manatı müştərilərə verilən kreditlərdən daxil olan faiz gəliridir.

İlin ilk altı ayında bankların faiz xərcləri 297.6 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 533.9 milyon manat, qeyri-faiz xərclərinin həcmi isə 857.8 milyon manat təşkil edib.

Bununla da 616 milyon manat (2021-ci ilin eyni dövrü: 502.4 mln. manat) əməliyyat mənfəəti etmiş olublar.

Bankların hesabat dövründə 88.3 mln. manat mənfəət vergisi ödəmiş və beləliklə 400.8 milyon manatlıq xalis mənfəət əldə ediblər.