Gözləyin...

Azərbaycanda “Card to Card” -a görə ən az və ən çox komissiya tutan banklar - Siyahı

Bank xəbərləri 3 August 2022

“Card to Card”   xidməti kart sahiblərinə bankomatlar, İnternet Bankçılıq və MobilBank vasitəsilə kart hesabları arasında pul köçürmələrini həyata keçirməyə imkan verir. Bu xidmət bank ofislərinə getmədən pul köçürmələrini mümkün edir. Vaxtınıza qənaət edərək, heç bir əziyyət çəkmədən telefon, kompüter və ya bankomat vasitəsilə öz kart hesabınızdan başqa kart hesabına pul köçürə bilərsiniz.


“Card-to-Card” xidmətinin əsas üstünlükləri:

Pul köçürmələri həftənin 7 günü, günün 24 saatı həyata keçirilə bilər;

Bu xidmət təcili pul köçürmələri xidmətlərindən daha sürətli və sərfəlidir;

30 dəqiqə ərzində pul kart hesabına köçürülür;

Pul köçürmək üçün banka gəlməyə ehtiyac yoxdur.


"Card to Card" əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:

Kartı bankomata daxil edirsiniz, PIN kodu yazırsınız,

Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edirsiniz,

Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərir və göndərilən məbləği daxil edirsiniz,

Əməliyyat yerinə yetirilir və sizə qəbz təqdim olunur.

Banker.az "Card to Card" xidməti göstərən bankları və onların  tariflərini araşdırıb.v