Gözləyin...

Azərbaycanda elektron bankçılıqla cari hesablardan köçürmələr 2 dəfədən çox artıb

Bank xəbərləri 2 August 2022

Bu ilin  I  yarısında Azərbaycanda elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış köçürmələrin ümumi sayı  54.9 milyon ədəd,  məbləği isә 111 milyard manat tәşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 dəfə və 71% çoxdur.