Gözləyin...

Azərbaycanda ən ucuz pul krediti verən banklar – SİYAHI

Bank xəbərləri 5 June 2023

Banker.az olaraq banklarda 2023-cü ilin may ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 10.99%-28% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

*Accessbank – İstehlak kreditlərinin llik faiz dərəcəsi 30 000 AZN-dək 13%-dən; 30 000 AZN-dən yuxarı 15%-dən başlayır.

*ATB – Kampaniya dövründə, müddətindən asılı olmayaraq, götürülən istehlak kreditləri üzrə komissiya 0%-dir. Eləcə də, 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Azər Türk Bankın internet səhifəsində krediti onlayn sifariş vermək olar. Kampaniya 25 may daxil olmaqla həmin tarixədək qüvvədədir.

*ExpressBank – Təminatsız kreditin məbləği 300 – 40 000 AZN, komissiya 0%, təminatlıda məbləğ 10 000 – 50 000 AZN, komissiya min. 0,5%-dən başlayır. Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq.

*Xalq Bank – Kampaniya şərtlərinə əsasən artıq rəsmi iş yeri olan şəxslər istehlak kreditini illik faiz dərəcəsi 12 ay müddətinə cəmi 12%, 48 ayadək müddətinə isə 14% olmaqla, zaminsiz 15 000, zaminliklə 30 000 manatadək (region filiallarında zaminsiz 8 000, zaminliklə 15 000 manatadək) məbləğdə əldə edə bilərlər. 31 iyul 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.

*Turanbank – 23 may tarixindən etibarən istehlak kreditləri üzrə start verilən kampaniya 1 iyul 2023-cü il tarixinədək davam edəcək. Kampaniya müddətində 35 000 AZN-dək zaminsiz kredit təklif olunur.

*Kapital Bank – Nağd pul kreditini onlayn şəkildə rəsmiləşdirən müştərilər krediti – illik 10.9%-dən, filialdan rəsmiləşdirmə edən müştərilər isə – 11.9%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə biləcək.

Telegram kanalımıza abunə ol