Gözləyin...

Azərbaycanda hansı region əhalisi daha çox kredit götürüb? – SİYAHI

Bank xəbərləri 26 May 2022
Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 2021-ci il may ayının 1-nə 17 840 mlrd. manat təşkil edib. Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələrdə Bakı şəhəri, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonudur. Paytaxtda bu göstərici 13 890 mlrd manat, Abşeron-Xızıda 678 milyon, Gəncə-Daşkəsən 533 milyon manat təşkil edir. Digər pillələrdə Lənkəran-Astara iqtisadi rayon (385 mln manat), Mərkəzi Aran iqtisadi rayon (345 mln manat), Quba-Xaçmaz (300 mln manat), Qazax-Tovuz iqtisadi rayon (296 mln manat), Şəki-Zaqatala iqtisadi rayon (295 mln manat), Qarabağ iqtisadi rayonu (279 mln manat) dayanır.