Gözləyin...

Azərbaycanda kredit hesablarının sayı 24% artıb

Bank xəbərləri 29 July 2022

Cari ilin 1-ci yarımilinin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda bank müştərilərinin hesablarının sayı ötən ilin ilk yarımili ilə müqayisədə 6% artaraq 29 mln. 61 min 310 təşkil edib. Bu ilin iyul ayında açılan bank hesablarının sayı 149 min 662 olub.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank hesablarının 81.9%-i cari hesablar, 17.2%-i kredit hesabları, 0.9%-i isə depozit hesablarıdır.

Mərkəzi Bankın yarımillik hesabatına əsasən, cari hesabların 98.8%-i fiziki şəxslərə (onun da 2.9%-i fərdi sahibkarlara), qalan hissəsi isə hüquqi şəxslərə aiddir.

Qeyd edək ki, illik müqayisədə hesabat dövründəki cari hesabların sayı 2.8%, kredit hesablarının sayı 24%, depozit hesablarının sayı 13.8% artıb. Fiziki şəxslərin hesablarının sayında 2.7%, fərdi sahibkarların hesablarının sayında 28.7%, hüquqi şəxslərin bank hesablarının sayında isə 13.4%-lik artım var.