Gözləyin...

Azərbaycanda olan miles kartlar- Mənfi və müsbət cəhətləri

Məqalələr 14 June 2023

Miles kartlar aviasiya sahəsində müəyyən imtiyazlar qazandıran bank məhsuludur. Bu kartlar vasitəsi ilə apardığınız əməliyyatların qarşılığında toplanan ballara uyğun olaraq aviabiletlər üzrə güzəştlər qazanmaq mümkündür. Bu kartlar müştərilərinə təkcə aviabiletlər üzrə güzəştlər təklif etmir, eyni zamanda onlara müxtəlif xidmətlərdən yararlanmaq imkanı da verir.

Azərbaycanda hal-hazırda Azərbaycan Beynəlxalq Bank “ABB Miles” kartı, Kapital Bank “BirKart Miles” kartını, Unibank “Unimiles” kartı, PAŞA Bank “ Miles&Smiles” kartı, Premium Bank “AZAL Miles”, Bank of Baku “Bolkart Diamond” kartlarını təklif edir. 

Bəs millər nədir? Nağdsız əməliyyatlar zamanı xərclənilən pulun bir hissəsi mil olaraq balansa geri qayıdır. Eyni zamanda banklar bu kartlardan ilk istifadə zamanı yeni “Xoşgəldin Mili” (hədiyyə millər) verirlər. Bu millərin hesablanması üçün bankların qoyduğu müddətdə və məbləğdə nağdsız əməliyyatlar həyata keçirmək lazımdır. Millərin sayı kartın statusundan asılı olaraq dəyişir. 

Banker.az  sərfəli Mil kartlar təklif edən bankları araşdırıb.

ABB - “ABB Miles” kartları -  nağdsız ödənişlər zamanı millərdən başqa kartdakı qalıq məbləğə də 3% gəlir hesablayır. Bu gəlir isə hesaba millərin ekvivalenti şəklində əlavə olunur. ABB Miles kartları üzrə ölkədaxili aparılan ödənişlər zamanı 1AZN =1.2 mil; ölkəxarici aparılan ödənişlər zamanı 1AZN - 1.6 Mil. ABB Premium kartları üzrə ölkədaxili aparılan ödənişlər zamanı 1AZN =1.5 Mil; ölkəxarici aparılan ödənişlər zamanı 1AZN - 1.8 Mil. Aviabiletin qiymətindən asılı olaraq topladığınız millərdən istifadə edə bilərsiniz (millərdən istifadə: toplanmış mil/65). Şəxsi kabinetə ABB Mobile tətbiqi ilə daxil olmağınız xahiş olunur.ABB-nin ATM və POS-terminallarından vəsaitin alınması Aylıq 15 000 AZN-dək pulsuz, 15 000 AZN-dən yuxarı 1% min. 1 AZN komissiya tutulur. Həmçinin, 17.06.2023 tarixinədək ABB filial və şöbələrindən ABB Miles VİSA/MC kartlarına 1.500 AZN mədaxil edərək, ABB Miles Premium VİSA/MC kartlarına isə 5.000 AZN ilkin mədaxil edərək ödənişsiz əldə edə, VİSA/MC - 20 AZN, ABB Miles Premium VİSA/MC - 100 AZN ödəyərək, əldə edə bilərsiniz.

Bank of Baku “Bolkart Diamond” kartları – hər yerdə 3% kəşbək, dövriyyə üzrə limit tələbi yoxdur, kateqoriya seçimiu yoxdur, qalığa illik 5% gəlir,həmçinin, Lounge Key proqramı üzrə hava limanlarında xüsusi zallara ildə 6 dəfə pulsuz keçid və s. MİL-lər BAL-lara əsasən hesablanır və MİL-lərin hesablanması zamanı qazanılmış 1 (bir) BAL 100 (yüz) MİL kimi qiymətləndirilir. MİL-lər yalnız AZAL Avia şirkəti tərəfindən həyata keçirilən aşağıdakı cədvəldə qeyd olunan Econom class uçuşları üzrə biletlərin alınmasına istifadə edilə bilər. Bank of Baku ATM - lərində nağdlaşdırma zamanı 1.5% (minimum 1.5 AZN) nağdlaşdırma komissiyası tutulur.

Kapital Bank - Birkart Miles kartında hesab qalığına görə illik 2% gəlir hesablanır. Bu da hesaba millər şəklində daxil olur (1 AZN = 65 Mil).Qazanılmış millər 2 il müddətində qüvvədədir. Toplanılmış millər heç bir əlavə ödəniş olmadan istənilən avia-şirkətdən alınmış biletlə əvəz olunur, MasterCard Airport Experiences' və 'Lounge key' xidmətləri təqdim olunur. Nağdlaşdırma üzrə - Kapital Bank və ölkədaxili digər bankların ATM və Pos terminallarında 5000 AZN-ə qədər komissiyasız, limiti keçdikdə 0.5% min.1 AZN, ölkəxarici banklarda isə 1.5% min 3.50 AZN komissiya tutulur.

Paşa Bank - Bankın Miles and Smiles kart sahiblərinə dünyadakı 1 000-dən çox VİP zallara giriş (2 pulsuz giriş), 
kart aktivləşdikdən sonra 3 ay ərzində minimum 3000 AZN nağdsız ödəniş həyata keçirilməklə əlavə 2000 mil,
İlbəil ödənişli kartlar üzrə minimum 500 “xoş gəldin” mili hədiyyə olunur. Paşa Bank, Kapital Bank və ölkədaxili digər bankların ATM və Pos terminallarından nağdlaşdırma üzrə limiti keçdikdə 1% , ölkəxarici banklarda 1.5% min.3 AZN komissiya tutulur.

Premium Bank - AZAL Miles kart sahiblərinə kart əldə edilən zaman kartın növündən aslı olaraq minimum 100 bal hədiyyə , “Premium Club” cashback proqramının üzvü olmaq, “Azal Club” loyallıq proqramının üzvü olmaq və s. digər üstünlüklər  təklif edir.

Unibank – Unimiles kart sahibləri Milləri istənilən hava yollarının aviabiletinə dəyişmək imkanı, pulsuz səyahət sığortası (1-11 gün və ildə bir dəfə əldə etmək imkanı, *sığortaya 7 gün öncədən müraciət edilməlidir), hesabdakı qalığa 6% illik gəlir, lounge key zalına giriş imkanı, özünə və ya digər şəxsin adına pulsuz bilet almaq imkanı, xoşgəldim milləri hədiyyə (1000 mil) və s. üstünlüklər əldə edə bilər.

Müzakirə qrupuna keçid