Azərbaycanda pul bazası 16.2 mlrd. manatı ötüb
Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 16 milyard 204.8 milyon manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0.5% çoxdur.
Pul bazası ilin əvvəlinə nisbətən 9.7% azalıb, son 1 ildə isə 13.35% artıb.
Pul bazası nədir?
Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.
Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. Lazımi nisbətlərə əməl olunub-olunmaması pul siyasətini həyata keçirən mərkəzi banklar tərəfindən izlənilir. Məsələn, bir tərəfdən banklara əlavə kredit verir və ya əlavə pul emissiyasını həyata keçirir, digər tərəfdən isə açıq bazarda əməliyyatlar keçirmək yolu ilə vəsaitin bir hissəsini dövriyyədən çıxarır. Bir sözlə, bazara öz istiqrazlarını buraxır. Pul bazarının rəqəmsal göstəriciləri vaxtaşırı Mərkəzi Bankın rəsmi saytında dərc edilir.
Bu göstəricilər iqtisadi proseslərin bütün iştirakçılarına aiddir – şirkətlərdən tutmuş fərdi ev təsərrüfatlarına qədər. Belə ki, pul bazasının genişlənməsi əmtəə və xidmətlərin qiymətinin arta biləcəyindən xəbər verir. Və əksinə – pul bazasının azalması gələcəkdə bu və ya digər məhsula tələbatın və istehsal səviyyəsinin azalmasının, habelə işsizliyin artmasından