Gözləyin...

Azərbaycanda təmassız kartların sayı 8.8 mln.-a çatıb

Bank xəbərləri 2 August 2022

Ölkәdә nağdsız ödәnişlәrin aparılmasında bank kartları әsas ödәniş alәti kimi istifadә olunur.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin 6 ayı üzrә ölkәdә nağdsız ödәnişlәrin hәcmi әhәmiyyәtli dәrәcәdә artmış, tәmassız texnologiyaların, elektron ticarәtin istifadәsi genişlәnmişdir.

Belә ki, 01 iyul 2022-ci il tarixinә dövriyyәdә olan ödәniş kartlarının sayı 12.7 mln. әdәd tәşkil etmiş vә bu kartların 69.4%-i tәmassız ödәnişlәri dәstәklәmişdir.

Ödәniş kartlarının 88%-ni (11.1 mln. әdәd) debet kartlar, 12%-ni (1.6 mln. әdәd) isә kredit kartları tәşkil etmişdir. 2021-ci ilin analoji dövrü ilә müqayisәdә ödәniş kartlarının sayı 21%, o cümlәdәn tәmassız kartların sayı 64% artıb. Təmassız kartların sayı 8 mln. 787 min ədəd olub.