Gözləyin...

Azərbaycanın 6 sığorta şirkətinin yığımları azalıb

Sığorta 24 May 2022
2021-ci ilin aprel ayı ilə müqayisədə 2022-ci ilin aprel ayında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin sığorta haqları azalıb, 14-nin isə artıb. Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “Dövlət Sığorta Kommersiya” şirkətidir (92%). Yığımları ən çox artan “Aqrar Sığorta” (3.2 dəfə) və “Meqa Həyat Sığorta” (3.1 dəfə) şirkətidir.