Gözləyin...

“Bakcell” yeni pulsuz debet kartını təqdim edir

Bank məhsulları 9 August 2024

“Bakcell” və  “Kapital Bank”ın  birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilən “Bakcell Kart”ı təqdim edilib. “Bakcell Kart”ı ölkənin birinci ” ən geniş partnyor şəbəkəsinə malik debet kartdır. 

“Bakcell Kart”ın üstünlükləri nələrdir? 

Kart pulsuzdur. Kartda köçürmə və nağdlaşdırma komissiyasızdır. Kart partnyor mağazalardan 30%-dək keşbek qazandıracaq.

 Eyni zamanda, kart sahibləri xüsusi “Bakcell” kampaniyaları, həmçinin “Ulduzum Premium”un üstünlüklərindən faydalana biləcəklər. Bundan əlavə, “Bakcell” tətbiqi üzərindən nömrənin balansı artırıldığı təqdirdə abunəçilərə xüsusi data (internet) bonuslar hədiyyə olunacaq.