Gözləyin...

Bank “BTB” 5 milyon manatlıq istiqraz buraxır

Bank xəbərləri 25 May 2022
25 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin ümumi dəyəri 5 000 000 (beş milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.