Bank “BTB” Visa B2B Connect ödəniş sistemini təqdim etdi
Bank “BTB” və onun rəqəmsal ödəniş sahəsindəki tərəfdaşı VİSA şirkəti, korporativ və biznes müştərilərinin istifadəsinə Visa B2B Connect ödəniş sistemini təqdim etdi. Bu yeni xidmət vasitəsilə, Bank “BTB”nin müştəriləri beynəlxalq köçürmələri ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq daha sürətli, etibarlı və əməliyyat xərclərini minimuma endirməklə həyata keçirəcəklər.
Visa B2B Connect sistemi, ənənəvi hesablaşma proseslərində mövcud olan məhdudiyyətləri aradan qaldıraraq əməliyyatların sürətini artırır və maliyyə əməliyyatlarının səmərəliliyini yüksəldir. Bu innovativ həll, həm vəsait göndərənlərə, həm də alan tərəflərə köçürmələrin vəziyyətini izləmək, şəffaf şəkildə nəzarət etmək və pul axınını daha aydın bir şəkildə idarə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız əməliyyatlarının sürətindən deyil, həm də əməliyyatlarının şəffaflığından yararlanaraq riskləri minimuma endirə biləcəklər.
Qeyd etmək lazımdır ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox ölkəsində mövcuddur və müxtəlif miqyaslı bizneslər üçün etibarlı və çevik həllər təqdim edir. Bank BTB, bu unikal sistemi tətbiq etməklə, yalnız korporativ müştərilər üçün deyil, həm də ümumilikdə ölkədə rəqəmsal maliyyə texnologiyalarının inkişafına və bu sahədə rəqabət qabiliyyətinin artmasına şərait yaradır.
Visa B2B Connect-in imkanlarından yararlanaraq Bank BTB, müştərilərinə yenilikçi, təhlükəsiz və qlobal səviyyədə tanınan xidmətlərin təqdimatın arxalanaraq dekabr ayının sonunadək yeni müştərilərə köçürmələr zamanı 50% endirim təklif edir.