Bank kartı olmayan şəxsə necə pul göndərmək olar? – Bankların “Cash by Code” komissiyaları
“Cash by code” tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir.
Əgər siz bu xidmətdən pul göndərmək üçün yararlanmaq istəyirsinizsə :
1. Bankomata yaxınlaşırsınız;
2. Kartınızı daxil edirsiniz;
3. Bankomatın menyusundan “Cash by Code”– “Pul göndər” xidməti seçirsiniz;
4. Pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz.
Əgər siz bu xidmət vasitəsilə pul alan tərəfsinizsə:
• ATM-in sağ yuxarı düyməsinə basırsınız;
• Birinci sizə pulu göndərən şəxsin verdiyi kodu, daha sonra isə sizə SMS olaraq gələn kodu daxil edirsiniz;
• Bankomatda yalnız gözlənilən məbləği daxil etdikdən sonra vəsaiti əldə edə bilərsiniz;
Məlumatlar düzgün olduğu halda bankomat sizə müvafiq məbləği verəcəkdir. Unutmayın ki, sizə təqdim edilən kod sadəcə 24 saat qüvvədə olacaqdır.