Gözləyin...

“Bank of Baku”da yeni təyinat

Bank xəbərləri 7 June 2022
Bank of Baku-nun İnsan Resursları Departamentinə direktor təyin olunub. Bankdan Banker.az-a verilən məlumata görə, departamentə rəhbərlik Gülarə Novruzovaya həvalə olunub. Gülarə Novruzova 2018-2021-ci illərdə Azneft İstehsalat Birliyində, həmçinin “Agro Dairy” MMC və Azerenerji-də çalışıb. 2010-2014-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsində təhsil alıb.