Gözləyin...

Bank Respublika “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi

Bank məhsulları 6 December 2024

“Bank Respublika”da hər ikinci pərakəndə bank məhsulunu 25% endirimlə təklif ediləcək!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, qarşıdan gələn 2025-ci il ərəfəsində xüsusi güzəştlərə malik “2025-ci il üçün 25% endirim” kampaniyasına start verir. 

Belə ki, yeni kampaniya çərçivəsində “Bank Respublika”da istənilən pərakəndə bank məhsulunu əldə edən fiziki şəxslər, ikinci məhsul və ya xidmət üzrə 25% ENDİRİM əldə edə biləcəklər.

Nümunə olaraq, bankdan kart sifariş edən müştəri nağd kreditlər üzrə komissiyada 25% endirim və ya nağd kredit rəsmiləşdirən müştəri pul köçürmələrində 25% endirim əldə edə biləcək. 

Qeyd edək ki, kampaniya 10 yanvar 2025-ci il tarixinədək davam edəcək.

Telegram kanalımıza abunə ol